İsti havalar Salyanda həkimə müraciət edənlərin sayını artırıb

11 2017 18:52

Havaların çox isti keçməsi, xüsusilə son günlər həddən artıq yüksək temperaturun qeydə alınması ilə əlaqədar insanların sağlamlıq durumunda problemlər meydana gəlir. İsti hava şəraiti daha çox yaşlı əhaliyə, kiçik yaşlı uşaqlara, körpələrə ağır təsir göstərir. Son günlər ölkəmizdə anomal istilərin davam etməsi Salyanda Təcili Tibbi Yardım Stansiyasına müraciət edənlərin sayını artırıb.

 

Salyanda anomal istilərdən qorunmaq məqsədi ilə sakinlər daha çox parklara, çay sahilinə üz tutmağa üstünlük verirlər. Kimisi parklara gələrək ağac kölgəsində dincəlir, kimisi də Kür çayı sahilində suya baş vurmaqla sərinlənir. 

 

Temperaturun yüksəlməsi xəstə insanlara da mənfi təsir göstərir. Hətta elə insanlar var ki, ölüm təhlükəsi ilə üz-üzə qalırlar. 

 

Hər bir insan anomal hava şəraitdə nə etmək lazım olduğunu bilmir və nəticədə əziyyət çəkir. Son günlər 40 dərəcədən çox müşahidə edilən istilər Salyan təcili və təxirəsalınmaz tibbi yardım stansiyasına müraciət edənlərin sayını artırıb. Əgər adi günlərdə təcili yardım stansiyasına 10-15 xəstə müraciət edirdisə, indi bu qərəm 25-30 nəfərə çatıb. Odur ki, həkimlər vətəndaşlara günəşli havada çox olmamağı, daha çox maye qəbul etmələrini tövsiyyə edir.