Həkimlər günəş şualarından qorunmaq üçün nələri məsləhət görür?

12 2017 17:41

Sərinləmək üçün üz tutduğumuz dağlarda və ya dənizdə həddən artıq günəş şüaları qəbul etmək sağlamlıq üçün təhlükəli ola bilər. Bəs günəşin faydalarından yararlanmaq, həm də zərərlərindən qorunmaq üçün nə etməliyik? Son günlər ölkəmizdə hökm sürən isti havaların dərimizə təsirindən Aygün Əliyeva danışacaq.

 

Mütəxəssislərin fikrincə günəş vannası qəbul etmək üçün ən ideal vaxt səhərlər saat 11:00-a qədər, günorta 16:00-dan sonrakı saatlardır. Gündüz göstərilən 5 saat ərzində günəş şüaları yer səthinə düz bucaq altında düşdüyündən insan orqanizmi üçün çox zərərlidir və bu zaman yalnız kölgədə istirahət edilməlidir. Əkd halda...

 

Dəri-Zöhrəvi həkimi  Hüseynxan Əzizov: “Xüsusən dəridə piqment ləkələri əmələ gətirir. Fotodermatit deyilən yəni dərinin iltihabı xəstəliklərinin yaranmasına səbəb olur. Buna görədə bu saatlar mütləq günəşdən qorunmaq lazımdır.”

 

Həkim deyir ki, bir çox insanlar günəş şüalarına qarşı daha həssasdırlar. Belə istilərdə...

 

Dəri-Zöhrəvi həkimi  Hüseynxan Əzizov: “Qırmızı qurd eşənəyi, soriyoz xəstəliyi, foto dermatit, ixtiyoz xəstəliyi bu xəstəliklər çoxdur. Bu xəstəliklərdən əziyyət çəkənlər xüsusilə qorunmalıdır. Alergiyası olan xəstələr.”

 

Həkimlər xüsusi risk qrupu altında olan insanlara tez-tez ilıq su ilə duş qəbul etmək, açıq və rəngli rahat geyimlərdən, geniş kənarlı şlyapalardan istifadə etməyi məsləhət görürlər. Bütün sadaladığımız mənfi təsirlərlə yanaşı düzgün vaxtda günəş şüaları qəbul etmək olduqca faydalıdır.

 

Dəri-Zöhrəvi həkimi  Hüseynxan Əzizov: “D3 vitamini yalnız günəş şüalarının təsirindən əmələ gəlir. Dərinin açıq sahələrində əmələ gələndə 3-4 gün bəs edir. D3 vitamini ən faydalı vitamin sayılır. Bütün proseslərdə iştirak edir. Həmdə orqanizmin ümumi müqavimətini artırır. İnsanların xəstələnmələrinin xüsusəndə virusla əlaqəli xəstəliklərin qarşısını alır.”

 

D vitamini az olan insanların xərçəng, sümük xəstəlikləri, ürək xəstəliyi və adi soyuqdəyməyə belə yoluxma riski daha yüksəkdir. İnsanların daha çox istifadə etdiyi bir söz var. Günəşdə qaralım ki, qışda xəstələnməyim. Həkimlər bildirir ki, qaralma həm də orqanizmin müdafiə reaksiyalarından biridir.