Tətildən sonra şagirdlərin məktəbə adaptasiyası

12 2017 17:38

Yeni tədris ili başlayır. Dərslərin başlaması ilə şagirdlərin yay tətilindən sonra tədris proqramına uyğunlaşması məsələsi aktuallaşır. Çünki yay tətilində oynamağa, istirahətə çox yer vermiş uşaqlar dərs ilinin ilk günlərində məktəbə adaptasiya ola bilmirlər. Növbəti sujetdə mütəxəssislər dərsə adaptasiya ola bilməyən məktəblilərə lazımı tövsiyyələr verəcək.

 

Yeni dərs ilinin başlanması ilə şagirdlərin tətildən sonra dərsə adaptasiyası məsələsi gündəmə gəlir. Burada məktəblinin qidalanması, günlük yuxu rejimi, gigiyenası və dərsə davamiyyəti mühüm rol oynayır. Bu amillər uşaqların tədrisə həvəsini artırdığı kimi psixologiyası və məktəb fəaliyyətinə də böyük təsir göstərir. Pediatrlar bildirir ki, məktəblilərin diqqət yetirməsi vacib olan ən aktual məqamlardan biri onların qidalanmasıdır. İnsan sağlamlığında qidalanma əsas yerdə durduğu üçün, uşaqların qəbul etdiyi qidaların düzgün seçilməsini tənzimləmək biz həkimlər üçün əsas məsələlərdən biridir. Burada səhər yeməyi xüsusi yer tutur. Səhər qəbul olunan qida orqanizm üçün vacib bioloji komponentlərlə zəngin olmalıdır. 

 

Lənkəran şəhər Uşaq Poliklinikasının şöbə müdiri Şöhrəddin Ağayev: “Ən çox şirin çay, yağ, şor belə şeylərdən istifadə olunur. Və yaxud yumurtadan, qaynadılmış yumurtadan istifadə etmək olar. Yeyə bilərlər. Bu mənada xörək yemək məsləhətli deyil. Səhər vaxtı uşaqlar üçün. Belə nisbətən yüngül yeməklər yesələr daha yaxşıdır.”

 

Yay mövsümü ilə əlaqədar gündəlik rejimin pozulmasında yaranan problemlərdən biri də yuxudur. Dərsə adaptasiya zamanı yuxu müddəti qaydaya salınmalıdır.

 

Lənkəran şəhər Uşaq Poliklinikasının şöbə müdiri Şöhrəddin Ağayev: “Əsasən biz aşağı yaş qruplarından daha çox narahatçılıq keçirdirik. Yəni bunlar daha çox saat 9-da yatmalıdırlar. Böyük uşaqlarda uzaq başı saat 11-12-yə qədər ondan artıq oturmağın mənası yoxdur. Ondan sonra oturub o yorğun beyinlə hazırlaşmaq o qədər effekt vermir. Nəinki səhər tezdən durub. Məsəl üçün saat 6-da dursun daha yaxşı təmiz beyinlə oxuyub qavraya bilər.”

 

         Unutmayaq ki, uşaqları rejimə alışdırmaq böyüklərə nisbətən çox çətindir. Bu səbəbdən valideynlər uşağı məktəb rejiminə tədris ilinin başlanmasından təxminən iki həftə əvvəl alışdırmalıdırlar.