Salyanda sərbəst güləş üzrə IV respublika turniri keçirilib

12 2017 17:41

       Salyan rayonunda Xalq pəhləvanı Yaşar Cavadovun 60 illik yubileyinə həsr olunmuş sərbəst güləş üzrə yeniyetmə və azyaşlılar arasında IV respublika turniri keçirilib. Salyan rayon Gənclər və İdman İdarəsinin və el pəhləvanı Vüsal Cavadlının təşkilatı dəstəyi ilə keçirilən yarış Olimpiya İdman Kompleksində baş tutub. Yarışa respublikanın 14 şəhər və rayonundan müxtəlif yaş qrupları üzrə 224 idmançı qatılıb. Bir gün davam edən turnirdə 1, 2 və 3-cü yerləri tutan idmançıar fəxri diplomlara və medallara layiq görülüb. 1957-cildə Salyanın Şorsulu kəndində anadan olan xalq pəhləvanı Yaşar Cavadov sərbəst güləşçi olmaqla yanaşı, həm də 36 il bundan əvvəl “Hünər” sirk estrada kollektivini yaradıb. O, müxtəlif rayonlarda keçirilən daşqaldırma turnirlərində Azərbaycan çempionu, Azərbaycanın milli idman oyunları üzrə IV respublika spartakiadasının qalıbi olub. Hazırda onun yolunu oğlu, el pəhləvanı Vüsal Cavadlı davam etdirir.