Cəlilabad - Yardımlı avtomobil yolunda sürüşmə təhlükəsi

13 2017 16:19

      Cəlilabad-Yardımlı avtomobil yolunda yeni sürüşmə zonası əmələ gəlib. Yolun Kövüzbulaq və Pərdi kəndini birləşdirən hissəsində əmələ gələn toprpaq sürüşməsi nəticəsində yolun asfalt qatı aralanıb. Hazırda yolun bir hərəkət istiqaməti nisbətən çokdüyü üçün avtomobillərin hərkətində də çətinliklər yaranır. Qarşıdakı günlərdə isə yağışların yağması sürüşmə aktivliyinin daha da artıra bilər. Cəlilabad-Yardımlı avtomobil yolunun əksər hissəsi təpəlik və dağ yamaclarından keçdiyi üçün yolun müxtəlif əraziləri ayrı-ayrı vaxtlarda torpaq sürüşməsinə məruz qalıb.