Lənkəranlı taekvondoçular yeni mövsümün ilk yarışını Sumqayıtda keçirəcək

13 2017 16:28

“Təhsil” Respublika İdman Mərkəzinin Lənkəran filialının taekvondoçuları Sumqayıt şəhərində tatami üzərinə çıxacaqlar. Onlar “Koreya səfiri kuboku” uğrunda döyüşəcəklər.

 

Yarış Sumqayıt Olimpiya İdman Kompleksində keçiriləcək. Burada Lənkəranı 7 idmançı təmsil edəcək. Onlar yay fəslində əsasən dəniz kənarında fiziki təlim keçdiyindən indi idman zalında taktiki, texniki və döyüş planı üzrə hazırlaşır.

 

Baş məşqçi Vüqar Sultanov: “TRİM-nin komandası olaraq yarışacağıq. İdmançılar hər çəki dərəcəsində 1 nəfər olmaqla buraxılır. Bizdə isə yuxarı şəki olmadığından əsasən orta və aşağı çəkilərdə təmsil olunacağıq.”

 

 Yarışda fərqlənəcək idmançılar milli komandnın tərkibinə cəlb olunacaq.

 

Baş məşqçi Vüqar Sultanov: “Yarış miqyasına görə ölkənin idman klublarını, cəmiyyətlərini əhatə edir. Bu yarışda nəticə verən idmançılar milli komandanın tərkibinə cəlb olunacaq. Təlim-məşq toplanışına qatılıb, Avropa çempionatına hazırlaşacaqlar.”

 

         Lənkəranlı taekvondoçuların son sınağı isə Quba rayonunda olub. Burada beynəlxalq turnirə qatılan idmançılar ümumilikdə 5 medal qazana bilib. 55 kq-da Fərid Sultan 1-ci, 48 kq-da Kənan Rzazadə, 59 kq-da Bahadur Əsgərli 2-ci, 37 kqda Fəridə Sultanlı və 42 kq-da Nəcibə Canızadə isə 3-cü olmaqla medal kolleksiyalarını zənginləşdiriblər.