Salyanın Cəngan kəndində 5 otaqlı modul tipli məktəb inşa edilir

13 2017 16:31

Bu ilin sonunadək 44 rayon əhatə olunmaqla, 100 azkomplektli və qəzalı vəziyyətdə olan kənd məktəbinin modul tipli məktəblərlə əvəz edilməsi nəzərdə tutulur. Hazırda ölkəmizdə bu tip məktəblərin inşası davam etdirilir.

 

Salyan rayonunun Cəngan kəndində ümumi sahəsi 160 m2 olan modul tipli məktəbin inşasına bu ilin avqust ayının əvvəlində başlanılıb. Kənddə yerləşən köhnə məktəbin binası 1987-ci ildə tikilib. Uyğunlaşdırılmış köhnə bina 30 il ərzində bir dəfə də olsun əsaslı təmir edilməyib. Bu da şagirdlərin normal təhsil almasında böyük çətinliklər yaradırdı. 

 

Məktəb Direktoru Əlisahib İmanov: “Əvvəllər  qışda istilik sistemindən çətinlik çəkirdik. İşıqlarda ara-sıra sönmələr olanda daha da çətinləşirdi. İndi isə onlar hamısı arxada qalıb. Məktəb 5 sinif otağından ibarətdir. Biri müəllimlər üçündür dördü isə şagirdlər üçün nəzərdə tutulub.”

 

         Rayonun Cəngan kəndi ilə yanaşı Xocalı kəndində də 28 yerlik modul tipli məktəb binası inşa edilir. Artıq hər iki məktəb binasında son tamamlama işləri görülür. Məktəb binaları yeni tədris ilində şagirdlərin ixtiyarına veriləcək. Bildirək ki, modul tipli məktəbinin üstünlüyü onların az məsrəfli olması ilə yanaşı, qısa müddətdə quraşdırılması, daşınması, burada sinif otaqlarının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb, artırılmasıdır.