Lənkəranda qədim qəbiristanlıqda arxeoloji qazıntılar aparılacaq

19 Oktyabr 2017 16:41

Tarixi abidələrlə zəngin olan Lənkəranda tədqiqə və təbliğə ehtiyacı olan maddi-mədəniyyət nümunələrindən biri də qədim Sığon qəbiristanlığıdır. Ərazidə yerli arxeoloqlar tərəfindən qazıntı işləri aparacaq. Bu ərazidə sonuncu dəfə IXX əsrdə Fransız səyyahı Jak De Morqan tədqiqat işləri aparıb.

 

“Sığon” qəbıristanlığı 2001-ci ildən yerli əhəmiyyətli arxeoloji abidə kimi dövlət qeydiyyatına  alnıb. Lakin ərazinin tarixi abidə olduğunu göstərən heç bir lövhəyə rast gəlmədik. 

 

Tarixi e. ə. 3-5 əsrlərə gedib çıxan “Sığon” qəbiristanlığı. Yerli sakinlər daş qəbirlərdən ibarət olduğu üçün məzarlığı “sığon”, yəni daşlar adlandırırlar. İlk dəfə 1886-1889 illərdə ərazidə fransız arxeoloqu Jak De Morqan tədqiqatlar aparıb. Arxeoloji qazıntılar nəticəsində orada  son tunc, ilk dəmir dövrünə aid əşyalar tapılıb. 

 

Tədqiqatçı İldırım Şükürzadə: “Morqan burada əldə etdiyi ən qiymətli nümunələri vətəni Fransada çalışdığı San jermern muzeyinə göndərib. 20-ci əsrin 60-cı illərində yerli arxeoloqlardan Fərman Mahmudov burada tədqiqat apararaq 200-dən çox qəbir aşkar etmişdir.”

 

Vaxtilə 40 ha ərazini əhatə edən qəbiristanlığın sahəsi hazırda cəmi 200-250 m2-dir. Kol-kos, tikanlıq içində itib-batmış qəbiristanlıq ərazisi get-gedə kiçilməklə burada daş qəbirlərin sayı da azalıb.

 

Tədqiqatçı İldırım Şükürzadə: “1980-ci ildə qəbiristanlıq ərazisində 150, 1992-ci ildə isə 30 qəbir abidəsi olduğu halda, hazırda burada 15 məzar qalmışdır. Qəbiristanlığın ərazisinin və eyni zamanda qəbir abidələrin sayının azalmasının əsas səbəbi qəbiristanlıq ərazsinin kənd sakinlərinə həyətyanı torpaq sahəsi kimi paylanması olmuşdır.”

 

Ərazinin qədim tarixi bir yer olduğunu varmıyan sakinlər oradakı qəbirləri dağıtmış, iri daşları parçalayaraq ev tikintilərində istifadə etmişlər. Ümid var ki , qədim qəbiristanlığın qalan çox cüzi hissəsi eyni taleyi yaşamayacaq. Çünki AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində yeni yaradılmış arxeologiya şöbəsi Cənub-Şərqi regionda olan bütün arxeoloji abidələrin araşdırılması işi ilə məşğul olacaq. 

 

AMEA Lənkəran Regional Elmi Mərkəzinin Arxeologiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Mais Cəfərov: “Bu iş planına salınıb. Çox yaxın zamanlarda həyata keçiriləcək. Hələlik bu illəri son 2 ayda bu ərazilərin arxeoloji xəritələşdirilməsi işi aparılıb, abidələr qeyd alınıb, o cümlədən “Sığon” qəbiristanlığı da qeydə alınıb.”